“MƏNİM ATAM HÖKUMƏTƏ LƏYAQƏTLƏ XİDMƏT ETDİ” – Fazil Məmmədovun qızı

Dərc olunub: 09/12/2017 - 23:24

219672_res_01Sabiq vergilər naziri Fazil Məmmədovun qızı  Selcan Məmmədova atasının işdən çıxarılması haqda xəbərə sosial şəbəkələrdə son dərəcə qeyri-adi reaksiya verib.

S.Məmmədova atası ilə birgə şəkillərdən seçmələr paylaşıb və onlara bu qeydi əlavə edib: “Bu mahnı, mənim atam üçündür, hansı ki, həmişə insan olaraq qalıb. Hansı ki, dürüstlük hər şeydən daha əhəmiyyətli idi. Böyük ürəkli insan üçün. Ata üçün, hansı ki, şərəf və ləyaqətlə 23 il hökumətə xidmət etdi”.

Xatırladaq ki, Fazil Məmmədov vergilər naziri vəzifəsindən 5 dekabrda Azərbaycan prezidentinin sərəncamı ilə azad edilib. Onun yerinə sabiq təhsil naziri Mikayıl Cabbarov təyin edilib.

219673_src

 


loading...




Fikrinizi bildirin