“Eurovision-2017” mahnı müsabiqəsinin qalibinə ürək köçürülüb

“Eurovision-2017” mahnı müsabiqəsinin qalibi portuqaliyalı Salvador Sobral üzərində donor ürəyin köçürülməsi əməliyyatı keçirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat dekabrın 8-də keçirilib. Əməliyyatın uğurlu keçdiyi bildirilir.

Salvador Sobral sentyabrın sonlarında reanimasiyaya yerləşdirilib. Müğənni ürəyindəki problemlərlə əlaqədar bütün konsertlərini ləğv etmişdi.

S.Sobral “Amar Pelos Dois” mahnısı ilə Kiyevdə keçirilmiş “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi elan edilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar