«Yerusəlim qərarını ləğv edin!» - ƏDL Trampdan tələb edir...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ərəb Dövlətləri Liqası (ƏDL) Yerusəlimi İsrailin paytaxtı kimi tanıması barədəki qərarını ləğv etməyi Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampdan tələb edib.

Təşkilatın bəyanatında deyilir ki, bu qərar beynəlxalq qanunvericiliyi pozur.

Bu günlərdə Prezident D.Tramp ABŞ səfirliyinin Təl-Əviv şəhərindən Yerusəlimə köçürülməsi barədə qərarını elan edib. Şərqi Yerusəlimi (Qüds) özününkü hesab edən Fələstinlilər buna etiraz aksiyası keçiriblər.

İsraillilər isə hesab edirlər ki, etirazların yaratdığı gərginlik getdikcə aşağı düşür.

Fələstin səhiyyə naziriyinin məlumatına görə, etirazlarda 1000 nəfərdən artıq fələstinli xəsarət alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar