Netenyahu Avropa ölkələrini ittiham edir! - «İkili standart» yeritməkdə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verirdiyi xəbərə görə, İsrailin Baş naziri Binyamin Netenyahu Avropa ölkələrini «ikili standart» yeritməkdə günahlandırıb.

Bunun göstəricisi kimi, İsrail hökumətinin başçısı Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Yerusəlim şəhərini yəhudi dövlətinin paytaxtı olaraq tanıması barədəki qərarını Avropa ölkələri başçılarının tənqid etdiklərini və bununla eyni vaxtda, Qəzza sektorundan İsrail ərazilərinin raket atəşinə tutulmasına «göz yumduqları»nı önə çəkib.

Netenyahu bu bəyanatı Parisə səfərə yola düşməzdən əvvəl səsləndirib.

Hüdudsuz həyasızlıq bax, buna deyərlər - İsrail Fələstin torpaqlarını işğal edir, Fələstin şəhərini (Qüdsü) «güc və siyasət yolu ilə özəlləşdirir» və bunu normal hal adlandırır, fələstinlilərin buna etirazını isə «cinayət» kimi təqdim edir!

Bəs, fələstinlilər torpaqlarının işğalına necə reaksiya verməlidirlər - İsrail tərəfə raket atmaq əvəzinə, Netenyahuya gül buketi göndərməlidirlər?!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar