Gəncədə kimsəsiz qadın yol qəzası nəticəsində həlak olub

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un məlumatına görə, Nərgiz adlı qadın yolu keçmək istəyən zaman onu avtomobil vurub.

Tüfeyli həyat tərzi sürən qadın aldığı xəsarətdən xəstəxanaya aparılarkən yolda keçinib. Qadının təxminən 50-55 yaşı olduğu bildirilir.

Hadisə Şəmkir avtovağzalı adlanan ərazidə baş verib. Sürücü ilkin ifadəsində qadını vurmadığını, maşını işə salan zaman məhz qadının qəfil maşına çırpılaraq yerə yıxıldığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar