İsveçdə sinaqoq hücuma məruz qalıb

İsveçin Höteburq şəhərində naməlum şəxslər sinaqoqa “Molotov kokteyli” atıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, insidentdə 20-dək üzü maskalı şəxs iştirak edib. Sinaqoqda olan yəhudi tələbələr hücum edənlərdən qorunmaq üçün zirzəmidə gizləniblər.

Hücum nəticəsində sinaqoqda yanğın baş verib, binaya və yaxınlıqdakı avtomobillərə zərər vurulub. Hadisə yerinə polislər cəlb edilib.

İnsident ABŞ-ın bir neçə gün əvvəl Yerusəlimi İsrailin paytaxtı tanıması və Amerika səfirliyinin Təl Əvivdən Yerusəlimə köçürülməsi ilə bağlı qərarından sonra baş verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar