Tramp hər gün 4-8 saat televizora baxır

Dərc olunub: 10/12/2017 - 16:06

donald-trampABŞ prezidenti Donald Tramp hər gün 4-8 saat televizora baxır, yaxud sosial şəbəkələrdə vaxt keçirir. Ağ Ev administrasiyasının rəhbəri Con Kelli onu bu vərdişdən uzaqlaşdırmağa çalışır.

Vitualaz.org “The New York Times” nəşrinə istinadən xəbər verir ki, Trampın 60 nəfər köməkçi və yaxınları arasında keçirilmiş sorğu göstərib ki, ABŞ prezidenti hər səhər erkən oyanır və xəbərləri izləyir.

O, günə “CNN” telekanalının xəbərlər buraxılışı ilə başlayır, sonra rəqib telekanal olan “Fox News”a, bəzən isə “MSNBC”yə baxır. Bundan sonra Donald Tramp özünün “Twitter” mikrobloqunda qeydlər aparmağa başlayır. Bütün bu işlərə o, hər gün 4-8 saat vaxt ayırır.

Mənbə onu da qeyd edir ki, Tramp əksər hallarda səhərlər rəsmi telefon zənglərini Ağ Evin dəhlizlərində pijama ilə gəzişərək edir.


loading...




Fikrinizi bildirin