Avropa Birliyi Qüds məsələsində Trampa qarşıdır

Qoca qitənin böyük dövlətləri ABŞ prezidentinin səbəb ola biləcəyi fəlakət ssenarilərinə ortaq olmaq istəmirlər

Bu günlərdə ABŞ dövlət katibi Reks Tillerson Avropa Birliyinin xarici məsələlər üzrə komissarı Federika Mogerini ilə görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında tərəflər Şimali Koreyadan tutmuş İrana qədər hər mövzudan danışıblar. Lakin onların heç biri nə Fələstin, nə də İsrail kəlməsini ağızlarına almayıb.

İki diplomat arasında görüş bu həftənin 2-ci günü baş tutub. Növbəti gün isə ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyan qərarını elan edib.

Картинки по запросу Reks Tillerson Federika Mogerini

Mətbuat Trampın Tillerosnu əslində Avropanın böyük dövlətlərinin məsələ ətrafında mövqelərini bilmək üçün ora göndərdiyini yazır. Xarici medianın məlumatına görə, Qoca qitənin aparıcı dövlətləri ABŞ prezidentinin bu qərarından narazılıqlarını Mogerini vasitəsilə ona çatdırıblar.

Doğrudur, Avropa Birliyi içində bu məsələ ilə əlaqədar konsensus sərgiləndiyini söyləmək çətindir. Birlik ABŞ kimi federal dövlət deyil. Burada vahid xarici siyasi kursdan söhbət gedə bilməz.

Məsələn, Almaniya və Çexiya kimi dövlətlər İsrailə həmişə yaxın mövqe nümayiş etdirirlər. Həm yəhudi, həm də müsəlman icmasının çoxluq təşkil etdiyi Fransa isə ortada qalmağa çalışır. İsveç isə ümumiyyətlə 3 il bundan öncə Fələstini müstəqil dövlət kimi tanıyıb.

Lakin bütövlükdə Avropanın simpatiyası Fələstindən yana olub. Qitə dövlətləri Fələstin torpaqlarında yəhudi məskənlərinin salınmasına həmişə neqativ münasibət göstəriblər. Bundan başqa, Avropa Birliyi Fələstinin əsas maliyyə donoru hesab edilir.

Mətbuatda rast gəlinən rəylərə əsasən Avropa üçün Yaxın Şərq probleminin həlli nə geopolitik, nə də hansısa prestij baxımından əhəmiyyət daşıyır. Avropa dövlətləri daha çox öz canlarının haylarındadırlar və ilk növbədə təhlükəsizliyi düşünürlər.

Картинки по запросу Yaxın Şərq problemi

Burada coğrafi yaxınlığın da böyük rolu var. Avropa sərhədləri yaxınlığında sabitliyin qalmasını istəyir. Bundan başqa Avropa ölkələri daxildə etnik və dini icmalar arasında sakitliyin qorunmasını vacib hesab edir.

Avropanın ümumi rəyi İsrail-Fələstin probleminin Qüdsün şərq və qərb hissələrinin paytaxt olduğu iki dövlətin birgə mövcudluğu prinsipi ilə həll edilməsidir.

Kulislərdə gəzən məlumata görə Mogerini AB ölkələrinin ABŞ prezidentinin qərarı ilə razılaşmadığını Tillersonun diqqətinə çatdırıb. Avropa tərəflər arasında danışıqlar yolu ilə qəti mövqe müəyyən olunana qədər mövcud beynəlxalq konsensusun saxlanılmasının tərəfdarıdır. Bunu ayrı-ayrı dövlətlərin fikirlərindən də görmək olar.

Картинки по запросу Angela Merkel

Daxildə koalisiya intriqaları ilə boğuşan Angela Merkel belə Trampın qərarına etiraz etməkdə gecikməyib.

“Breksit” prosesindəki mürəkkəbliklərdən canını qurtarmağa çalışan Böyük Britaniya BMT-dəki daimi nümayəndəsi Conatan Allenin dili ilə ABŞ-dan Yaxın Şərq nizamlanmasında daha konkret təkliflər gözlədiklərini açıqlayıb. London Vaşinqtonun indiki situasiyada “heç yeri olmayan” qərarı ilə razılaşmadığını açıq şəkildə bəyan edib.

Картинки по запросу Fransa prezidenti Emmanuel Makron

Fransa prezidenti Emmanuel Makron isə Trampın qərarını təəssüf doğurucu adlandırıb və Fransa üçün qəbuledilməz olduğunu açıqlayıb.

Belçika baş naziri Şarl Mişel Trampın qərarını qınayan nitqlə çıxış edib.

Картинки по запросу Şarl Mişel

Çexiya xarici işlər nazirliyi isə səfirliyin Qüdsə köçürmək qərarının yalnız tərəflər arasında danışıqların nəticəsində qəbul edə biləcəklərini söyləyib.

Mogerinin sözlərinə görə, Avropa bölgədə yeni qanlı toqquşmalardan qaçmaq naminə istənilən tədbirə getməyə hazırdır. Birliyin xarici siyasət idarəsinin rəhbəri bu məsələdə hətta Rusiya ilə bütün fikir ayrılıqlarını bir kənara buraxıb Yaxın Şərq kvarteti (ABŞ, AB , Rusiya, BMT) daxilində sülh prosesinin davam etdirilməsinə razı olduğunu bildirib.

Картинки по запросу Mogerinin

Bazar ertəsi isə Avropa Birliyi Xarici işlər nazirləri şurasının toplantısı keçiriləcək. Həmin toplantıda İsrail baş naziri Benyamin Netanyahunun da iştirak edəcəyi gözlənilir. Yanvar ayında keçiriləcək iclasa isə Fələstin lideri Mahmud Abbas dəvət olunub. (musavat.com)

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar