Stokholmda Nobel mükafatları təqdim olunub

İsveç kralı Karl XVI Qustav bu gün Stokholm filarmoniyasının zalında 2017-ci il üçün Nobel mükafatlarını təqdim edib.APA-nın xəbərinə görə, 2017-cı il Sülh Mükafatı “Nüvə silahlarını ləğv etmək üçün beynəlxalq kampaniya” (İCAN) təşkilatına təqdim edilib.

Ədəbiyyat sahəsində Nobel mükafatına yapon əsilli britaniyalı yazıçısı Kadzuo İşiquro layiq görülüb. Fiziologiya və tibb sahəsində mükafat ABŞ-lı alimlər Ceffri Holl, Maykl Rosbaş və Maykl Yanqa verilib.

Fizika sahəsində mükafata ABŞ-da işləyən alman əsilli Rayner Vays, həmçinin Barri Beriş və Kip Torn, kimya üzrə mükafata isə ABŞ-da işləyən alman əsilli Yoahim Frank, isveçrəli Jak Debüşi və britaniyalı Riçard Handerson layiq görülüblər. İqtisadiyyat üzrə mükafata amerikalı professor Riçard Taler sahib çıxıb.

Qeyd edək ki, Nobel mükafatı hər nominasiyada 1 milyon dollar təşkil edir. Laureatlara pul mükafatı ilə birlikdə üzərində Alfred Nobelin təsviri olan qızıl medal və diplom təqdim edlir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar