Nikulinin axırıncı lətifəsi...

Böyük artist Nikulini xəstə yatan vaxtlar plan üzrə növbəti cərrahi əməliyyata hazırlayırlar. Cəmisi yarım saat çəkməli olan əməliyyat sıradan bir sadə olduğu üçün tibb personalı ona elə də ciddi hazırlaşmır. Nikulin özü də cərrah bıçağındn qorxmadığını söyləyir...

Fəqət, gözlənilməz hadisə baş verir - əməliyyat zamanı qəflətən artistin ürəyinin fəaliyyəti dayanır. Həkimlər ürəyi işə sala bilirlər, amma bu, xəstəni xilas edə bilmir - bu dəfə Yuri Vladimiroviçin ağ və qara ciyərlərinin fəaliyyəti dayanır. Elə o gün (21 avqust 1997 il) Nikulin dünyadan köçür.

Həmin nəhs əməliyyatdan iki dəqiqə əvvəl artist tibb personalını növbəti və sonuncu dəfə güldürür - həkimlər qarınları ağrıyana qədər gülürlər...

Lətifə belədir: Deputat bərk sərxoş vəziyyətdə evə qayıdır - girişdə dayanıb, ləngər vurur. Ürəyi bulanmağa başlayır...

Arvadı bərk qorxur: «Bu saat vanna gətirəcəm...», deyib, qaçır. «Hə, başla...» - vannanı onun üzünə tərəf tutur.

Deputat sakitcə səslənir: «Konsepsiya dəyişdi - mən, artıq özümü batırmışam...».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar