FAZİL MƏMMƏDOV ÖLKƏDƏN 4 MİLYARD ÇIXARIB - Şok iddialar

Böyük məbləğdə vəsaitin gizli şəkildə ofşorlara çıxarılmasında Xaləddin İsgəndərovun da adı hallanır

Sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılması gündəmin əsas müzakirə mövzusuna çevrilib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin birbaşa iştirakı ilə Mikayıl Cabbarovun Vergilər Nazirliyinin kollektivinə təqdimatı ortada ciddi mətləblərin olmasından xəbər verir.

Gələn məlumatlara görə, yaxın zamanlarda iri vergi məmurlarının, xüsusən də Fazil Məmmədovla yaxın qohumluq əlaqələrində olanların həbsi  gerçəkləşə bilər. Çünki Prezident Administrasiyası rəhbərinin dilindən Fazil Məmmədovun fəaliyyətinin tənqid olunması sıradan bir hadisə deyil. Ramiz Mehdiyevin şəxsən Vergilər Nazirliyinə gedərək orada sabiq nazirlə bağlı tənqidi çıxış etməsi proseslərin çox ciddi bir axarla davam edəcəyini  söyləməyə əsas verir. Məlumatlara görə, artıq proses başlayıb. Fazil Məmmədovun fəaliyyətini ucqarlardan - onun qeyri-rəsmi qubernatorluğuna daxil olan Şəmkir və Gədəbəydə araşdırmağa başlayıblar.

Müəyyən olunub ki, Fazil Məmmədovun qohum-qardaşının yaşadığı Şəmkir rayonunda 5 il əvvəl salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat  silinib. Faktiki isə parkda görülən işlərin dəyəri 83 milyon manatdan da az olub. Bundan başqa məlum olub ki, 2010-cu ildə ölkə rəhbərliyinin iştirakı ilə açılışı baş tutan Gədəbəy rayonunun yeganə stadionunu Fazil Məmmədov 2015-ci ildə özününküləşdirlib. Sovet dövründə inşa olunan, 2010-cu ildə əsaslı təmir olunmuş stadion bir gecənin içində rayon sakinlərinin üzünə qapadılıb. Sonrakı müddətdə isə Fazil Məmmədovun kadrı olan rayonun icra başçısı Ramiz Yediyarovun rəhbərliyi ilə stadionun meydançası darmadağın edilib. Stadiona 2010-cu ildə dövlət büdcəsindən ayrılan milyonlar da hədər gedib.

Image result for Şəmkir rayonu

İddia olunur ki, Şəmkirdə və Gədəbəydə müəyyən olunanlar Fazil Məmmədovun işdən qovulma səbəbinin yanında çox kiçik faktlardır. Əsas səbəb Fazil Məmmədovun 18 illik nazirliyi dövründə vergi şəkilində yığılan və  büdcədən yayındırılan böyük məbləğlərdir.  İddia olunur ki, böyük pul kütlələrinin büdcədən yayındırılaraq ofşorlara yönləndirilməsində sabiq nazirin yaxın qohumu olan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun da adı keçir. Söhbətin 4 milyarda yaxın manatdan getdiyi vurğulanır.

Image result for Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov

Bun fakt məlum olandan dərhal sonra Fazil Məmmədovun  işdən qovulması qərarı verilib. Sabiq nazirin həmin məbləğin yarısını qaytardığı haqda da bilgilər var. Deyilir ki, məhz buna görə Fazil Məmmədov və yaxın ətrafına daxil olan şəxslərə qarşı əməliyyatın başlanmasına göstəriş verilməyib.

Yaxın müddət ərzində vergi şəklində yığılaraq müxtəlif gizli  hesablara yönləndirilən pullar geri qaytarılmasa, Fazil Məmmədovun qudası, vergilər nazirinin müavini postunu tutan Namiq Əliyev də sorğu-suala tutula bilər. Yeri gəlmişkən, qeyd edək ki, Fazil Məmmədovun qudası artıq işə çıxmır. Məlumatlara görə, Fazil Məmmədovun müşaviri olan Firuz Həsənov da artıq istefa ərizəsini yazıb. Vergilər nazirinin digər müşaviri, nazirə xüsusi yaxınlığı ilə seçilən Riyad Hüseynov işdən ayrılmaqla bağlı könüllü olaraq oxşar addım atıb. Yaxın günlərdə onların işdən ayrılması rəsmi təsdiqini tapacaq.

Fazil Məmmədov işdən çıxarılandan sonra hər gün  “Yeni Həyat” yaşayış kompleksində yerləşən ofisində olur. Orada başına toplaşanlar isə yazıda adı keçən qohum-tanışları olan vəzifə sahibləridir. Sabiq nazirin və ətrafının, xüsusən Xaləddin İsgəndərovun psixoloji durumunun da son dərəcə gərgin olduğu deyilir.

Image result for Fazil Məmmədov

Yada salaq ki, Fazil Məmmədovun 5 gün əvvəl prezident İlham Əliyev tərəfindən vəzifəsindən azad olunması ətrafında müzakirələr davam edir və çox güman ki, ən azı bu ayın sonunadək də davam edəcək. Əksəriyyət Fazil Məmmədovun səhhəti ilə əlaqədar işdən çıxarılmasına inanmır, onun istefaya göndərilməsində başqa səbəblərin olduğunu dilə gətirirlər. Fazil Məmmədov özü də açıqlamasında konkret fikir söyləməkdən yayınıb deyə müzakirələr bir qədər də qızışıb. Uzun illərdir vergilər naziri postunu tutan, bu müddət ərzində Azərbaycanın ən qüdrətli oliqarxlarından birinə çevrilən, var-dövləti milyardlarla ölçülən, səs-sədası hətta ofşorlardan belə gələn Fazil Məmmədovun “vurulması”nın sıradan bir hal olmadığı yəqinləşməkdədir. Hazırda Fazil Məmmədov “vurulmuş” nazir statusundadır, amma mümkündür ki, yaxınlarda onun statusu bir daha dəyişsin...(musavat.com)

635x100

Şərhlər

Cəbrayıl 2017-12-11 10:44:56

Gülməli və eyni zamanda ağlamalı hal ortaya çıxıb.Güya bunu yuxarıda oturanlar 18ildi bilmirdi ki,indi yazırlar.Bax bu elə "azad " mətbuatın,nəzarət orqanlarının məqsədli işləmələrinin nəticəsidir.Ofşorlara və ya xaricə pul elə bizim banklar vasitəsilə köçürülməyib? Millət elə bilirsiniz bunu görmürdü? Sadəcə haqsızlığın hökm sürdüyü ədalətin olmadığı ölkədə öz ailə və evladlarının xatirinə susublar.Bəs indi necə olacaq?Bu pullar xalqa qayıdacaqmı? Heçolmasa bu pulları qaytarıb xarici borçlara yönəltsinlə

lut sahibkar 2017-12-11 10:44:56

vergilər nazirliyinin kassasina rusvəti yixib gətirənlərin bascisi auditin rəisi habil məmmədov idi. onun budcə adi ilə sahibkarlardan yixdixi pulun ən azi 20 faizi ozunə catib. təsəvur edin ki 10 i ərzində bu vəzifədən baki səhərində ən bahali binalarda ən azi on mənzil, obyektlər bax və bahali masinlar qazanan rəisin hazirda xarici olkələrdə dasinmaz əmlaklari var. siz isə nazirdən danisirsiz. nazirliyin elə departament rəisi yoxdu bu var dovlərin sahibi olmasin. prezidentin ciddi nəzarəti olacaq.

G.M 2017-12-11 10:44:56

Bu gün məmur oliqarxlar arasında eləsi var ki,yüz mini yazanda,sayanda səhvə yol versə də milyonlarla pulun sahibidir.Bunlarla yanaşı elələri də var ki,xaraktercə qorxaqdır.Əlindəki imkanların az bir hissəsiylə qane olanlar da var....Nəticə etibarı ilə F.Məmmədov milyardların daşınmasında vasitəçi ola bilər..Ancaq milyarder ola bilməz.Xarakterində olan ``yumşaqlıq`` onun da Oynan oyunlarda ``piyada`` olduğuna əyani sübutdur.

Kərim 2017-12-11 10:44:56

Bİr şəxs bir vəzifədə neçə il qalar? Bu inzibati idarə işçilərinə aiddir.İstehsalat başqa mövzudur.Əgər bir inzibati işdə 4-5 il işləyib.özünü fəal gööstərməyən şəxslər vəzfələrini tərk etməli,aşağı vəzifəyə keçirilçməli və ya işdən qovulmalıdırlar. İŞlərini ləyaqətlə yerinə yetirən,işində qabaqcıl ideyalarla fərqlənənlər isə növbəti vəzifəyə keçirilməlidirlər.Bu zaman ölkədə irəliyə doğru addım atılar.Bir şəxsi 15-25 il bir kresloda oturtmaq neqativlərdən xəbər verir.Pensiya yaşlılar pensiyaya yola sal

2017-12-11 10:44:56

fazil Məmmədov nazir olduğu dövr ərzində Səhmdar Cəmiyyətlərin bütün Səhmdarları dividentdən məhrum olunublar.Belə ki, Səhmdar olduğum Şəki-Bazar ASC-i ildə ən azı 600(altı yüz) min manat vergidən yayınmasına baxmayaraq göz yummuşlar.Dəfəflərlə Vergilər Nazirliyinə rəsmi müraciət etməyimizə baxmayaraq şablon xarekterli cavab verməklə vəzifələrini yerinə yetirmiş hesab etmişlər.VN-nin bütün əməkdaşları işdən azad olunmalı,yerlərinə dövlətçiliyimizi,xalqımızı qəlbən sevən kadrlar təyin olunmalıdırlar....

vetandas 2017-12-11 10:44:56

. Bu memurlar Bu gunki Azerbaycanin qurlusunun Guzgusudur! Utanmadan dilleri de var danismaqa! Oqrular! Yiqib bu qeder varidati hara aparacaqsiniz?!

vergi ödəyicisi 2017-12-11 10:44:56

Heç bir sahibkar demək olar ki Fazil Məmmədovla nə ünsüyyətdə olub nə də ona rüşvət verib.İcraçılar vergi yoxlayıcılarıdir.Nə iş görülübsə onların əli ilə olub.Yoxlamaya gələndə and-aman edirlər ki ,bundan bizə heç nə çatmır yuxarıdan tələb edirlər.Elə bil hamısı tutuquşlarıdır.Elə bir nümunə varmı ki vergi yoxlayıcısı gəlib insafla yoxlayıb heç nəsiz gedib və onu ora çatan kimi işdən uzaqlaşdırıblar.Əfsuslar olsun ki belə bir hadisə baş verməyib.

sürücü 2017-12-11 10:44:56

Vergidən yığılan cərimə pulları kimi sürücülərdən yığılan cərimə pullarının da büdcəyə çatması şübhəlidir.Bura batmaq üzrə olan Azərbaycandır.

zaur 2017-12-11 10:44:56

hökümətə sədaqətlə xidmət edib- millətin pulunu atıb....

Zakir 2017-12-11 10:44:56

hele onun qizi utanmadan deyir ki atam yaxsi isleyirdi,elbetde yaxsi isleyecek,her deputat dovletden pul ograyib xarice ofsorlara qonderir camaat ise acindan olur

Kazım 2017-12-11 10:44:56

Bizim milyardlarımızı dələduzlar meşşanlar bizdən olmayanlar atırlar, mənimsəyirlər. Qanı qanımızdan, canı canımızdan olsalar bizim milli sərvətimizi bu cür talan etməzlər.Əhali də ehtiyac içində boğulur. İşsizlik, bahaçılıq pulsuzluq baş alıb gedir. bunun bir sonu olacaqmı. Yoxsa.... Milləti pis günə qoyacaq1lar. Çünki bu cür talanın ədalətsizliyin sonu pis olacaq.

Şamil Aslanov 2017-12-11 10:44:56

Əgər cinayət işi başlanıb şəxsən cənab prezidentimizin xüsusi nəzarəti altında obyektiv istintaq aparılarsa onda çox şeylər aşkar olunacaq. İstər Fazil Məmmədov, istər başqa yüksək vəzifə daşıyan cənabların ölkəmizdən milyardlarla hesablanan pul, var-dövlətin gizli yollarla xaricə daşımaları bir daha aşkar olunacaq.

Abit 2017-12-11 10:44:56

Yaxşı at özüne qamçı vurdurmaz,yaxşı oğulda ölenlerine rehmet oxudar. Dörd mılyardın bir milyardını Şemkire qoyub bu deqiqdi.Xahiş edirem gelecekde prokurorluq nezere alsın.

cəngərlik sakini 2017-12-11 10:44:56

KİMƏ QARDAŞ DEYİBLƏR OĞRAŞ ÇIXIB,KİMƏ BACI DEYİBLƏR O,DA MƏNDEYƏNNƏN ÇIXIB.RESPUBLİKANIN GÜNÜNƏ BAX.O ATIR,BU ATIR.PUL İSƏ ARTIQ YOXDÜR.AC,XƏSTƏ MİLLƏTİN HAQQINI YEYƏNLƏR!!!MÜTLƏQ İNŞƏALLAH CAVAB VERƏCƏKSİNİZ.VALLAH CAVAB VERƏCƏKSİNİZ.

Мушвиг 2017-12-11 10:44:56

Гуйемки бунлары хеч Ким бирлирди? Гедиб банкдан 2000 кредит истий ирсен олулеривиде чагырыллар ора. Бу гедер пул гедиб сиз инди айылмысыз. Мультфильм гестерирсиз джамаата.

Oqtay 2017-12-11 10:44:56

Bunları 18-20 il işlədib axırda da belə sözləri yazmaqdansa yaxşı olmazmı 3-5 il işlədib çox zibili çıxmamış hörmətlə istefaya göndərsinlər

muzaffar 2017-12-11 10:44:56

YENGƏ.musavat HƏMİŞƏ olduğu kimi bütün versiyaları atır ortaya ki, işdir biri düz çıxsa desinlər ki, biz yazmışdıq, gördünüz... Bunlar barmaqlarını qatlasınlar ki, 30 ildə hansı proqnozları düz çıxıb... Sadəcə əhalini çaşdırırlar, şou düzəldırlər. Özləri bilir ki kimə tozunmaq olar kimə yox. Bunun isə adı qəzetçilik deyil, bir az başqadır!Guya camaat bilmir ki, bu hökümətdəkilərin hamısı belədir. Bunlar düzələn deyil və paket halında istefaya getmələidirlər.

Vətən OĞLU 2017-12-11 10:44:56

Çobansız sürüyə hücum çəkən iki canavarın zərəri rəyasətpərəst insanın müsəlmanların dininə,dövlətinə vurduğu zərərindən daha azdır

Bakida olan 2017-12-11 10:44:56

bütün sıhmdar cəmiyyətlər işlərini vergi ilə razılaşdirib elə qurublar ki əl-ələ baş başa.nə bedcəyə bir qəpik vermirlər nə də səhmdarlara divident.

2017-12-11 10:44:56

Vətəndaşların şikayətinə baxılmaması,son nəticədə dövlət əmlakının talan olunmasına gətirib çıxarır.Belə k,Şəki-Bazar ASC-i tərəfindən uzun illərdir ki,vergidən yayınma halları hökm sürür..Şəki Bazarına heç bir savadı və təcrübəsi olmayan,mollalıqla məşğul olan Eldəniz adlı şəxsə tapşırıblar,o da əl üsulu ilə Bazarı idarə edir.Molla Eldənizin artıq milyonçu olub,maşın kolleksiyası,Villaları və s.MollA ELDƏNİZDƏN soruşan yoxdur ki,bu milyonları hardan əldə etmisən ? İldə Bazar 600,0 min manat vergidən yayını

Vergi ödəyicisi 2017-12-11 10:44:56

Bu vergilər naziri necə olub ki milyarder olub. Yoxlanılan dövrə Müəsisənin büdcədən 500 000 man alacağı var.hardasa 150-200 minlik akt yazırlarsa deyir gedin bunu filan bankda filan hesaba ödəyin.başqa bankda olmaz. niyə bilən yoxdu.qanunda isə belədir aktı yazıb sakitcə getməli idi.və büdcədən alınası məbləğ də 150-200 min man azalası idi.bürdan belə görünür ki ,o banka ödənilən nəqdi pul bunların cibinə gedib.ordan da xarıci hesablara. Qaldı ki Xaləddinin çıxarılması biz bunu çox səbirsizliklə gözləyir

Son yazılar