Azərbaycan Gürcüstanın ən iri investoru olaraq qalır

Azərbaycan Gürcüstanın bir nömrəli investoru olaraq qalır.

APA-nın yerli bürosunun Gürcüstanın Milli Statistika İdarəsinə istinadən verdiyi xəbərə əsasən, cari ilin 9 ayında Azərbaycan Gürcüstana 378,3 mln. dollar investisiya yatırmaqla bu adı qoruyub.

2017-ci ilin təkcə üçüncü rübündə Azərbaycan Gürcüstana 154,1 mln. dollar investisiya yatırıb. Azərbaycandan olan investisiyaların payı Gürcüstana yatırılmış birbaşa xarici investisiyaların ümumi həcmində 25,9% təşkil edib.

Cari ilin üçüncü rübündə Gürcüstana yatırılmış birbaşa xarici investisiyaların ümumi həcmi 594,5 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Cari ilin üç rübündə qonşu ölkənin iqtisadiyyatına ümumilikdə 1 mlrd. 346,5 mln. dollar xarici investisiya qoyulub.

Bu il Azərbaycandan sonra Gürcüstana ən çox investisiya yatırmış ölkələr Türkiyə (259,2 mln. dollar) və Böyük Britaniyadır (175 mln. dollar).

Cari ilin üçüncü rübündə qonşu ölkədə ən çox investisiya nəqliyyat və rabitə, tikinti, energetika, maliyyə və istehsal sahələrinə yönəldilib.

635x100

Şərhlər

Eks Şeytanbazar sakini 2017-12-11 12:04:15

MV A.Rəhimzadə dölətinin Ağsaqqalı, Kremlin vassalı kimi bütün Azərbaycan bələdiyyəlrinə 5,2 milyon əldə edə bilmiş. Qardaş belə olar! Gürüstana isə azı 400 milyonuq investisiya qoyacaq. Bəlkə, Cavadhetiya da seçkidə qarşılıqlı dəstək verəcək?

Son yazılar