Məhkəmə Əli Həsənovun 2 nəfəri öldürən nəvəsi barədə qərar verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi başlayıb.

Modern.az-ın əməkdaşının da izlədiyi məhkəmə prosesində işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılır.

Nail Allahverdiyevin vəkili məhkəməyə qəza zamanı xəsarət alan və zərərçəkmiş kimi tanınan Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekişlə bağlı yeni sənədlər təqdim edib. Vəkil bildirib ki, qəzada xəsarət alan Türkiyə vətəndaşları məktubda Nail Allahverdiyevdən şikayətçi olmadıqlarını və təzminat hüqüqundan imtina etdiklərini qeyd ediblər.

Hakim isə vəkilin müraciətini nəzərə alaraq, məhkəmə istintaqının yenilənməsi ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu avqustun 3-də Bakının Heydər Əliyevprospektində baş vermiş dəhşətli hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb. Birgə rəsmi məlumatda bildirilib ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

635x100

Şərhlər

Arif Qədimov 2017-12-11 14:46:49

Cinayət Məcəlləsinin 263.3 maddasində iki və daha çox adam öldürənə, (avto xuliqanlığı, yaralananları qoyuram bir kənara.) Məgər dörd ay iş göstərilir ? Məhkəmə bu qərarı hansı maddəyə əsasləndırıb ? Böyük hünərdi. Vallah sağ olsun.Deməli, ölüm cəzası yüngülləşdirilib.Adam öldür, dörd aydan sonra çıx bayıra. Qərıbəbə qanunlarımız var !!! Dövlətdə qanun hamı üçün bir olmalıdır.

Nadir Vəliyev 2017-12-11 14:46:49

Türklər nə qədr pula belə izahat yazıblar? Bəs rəhmətə gedənlərin həyatı? Belə oyunlar ölkəni biabır etdi.

Son yazılar