SAAKAŞVİLİ AZADLIQDA! - Yenilənib

Kiyevin Peçerski rayon məhkəməsi Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin (Ukrayna) keçmiş qubernatoru Mixail Saakaşvilini azad edib.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə qərarı bazar ertəsi istintaq hakimi Larisa Sokol açıqlayıb.

***

Saakaşvili məhkəmədə Gürcüstan himnini oxuyub 

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevin Peçerski Rayon Məhkəməsində çıxış edib. Axar.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” məlumat yayıb.

Saakaşvili çıxışı zamanı özünü hərbi əsir hesab etdiyini bildirib: “Mən özümü saxlanılan şəxs yox, hərbi əsir hesab edirəm”.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili məhkəmədə deyib ki,  məni həbsxanaya göndərsələr, aclıq aksiyasını davam etdirəcəyəm. “Mən qorxmuram. Mən prezidentin necə işlədiyini göstərmişəm və necə öldüyünü də göstərəcəyəm. Əgər onlar məni həbsxanaya qaytarsalar, sona qədər ac qalacağam. Hər kəs biləcək ki, bu qətli kim törədib. Məni öldürə bilərlər, amma Ukrayna xalqının azadlıq hissini heç vaxt öldürə bilməyəcəklər”, – deyə o bildirib.

Sonra məhkəmə heyəti fasiləyə çıxıb.

Fasilədən sonra müdafiə tərəfi və ittiham tərəfi çıxış edib. Sonra məhkəmə heyəti növbəti dəfə müşavirəyə gedib.

Saakaşviliyə hökm oxunacağı gözlənilir.

***

Mixail Saakaşvili və həyat yoldaşı Sandra Rulofs məhkəmə zamanı Gürcüstanın himnini oxuyublar. Bundan öncə isə Saakaşvilinin tərəfdarları onunla birgə Ukrayna himnini oxuyublar.

Onlar həmçinin məhkəmədə “Yaşasın Ukrayna!” şüarları səsləndiriblər.

635x100

Şərhlər

Abit 2017-12-11 22:33:02

Halal olsun sene Mişa.Bütün dünya seni sevir o cümleden Azerbaycan.

REDAKTOR 2017-12-11 22:33:02

AZƏRBAYCANLİ OLUB GORƏSƏN HANSİ XARUQƏLƏR YARATMİSİQ? TORPAQLARİMİZ İSXAL ALTİNDA, QİZ GƏLİNLƏRİMİZ ERMƏNİ DEDİYİN O CƏLLADLARİN ƏLİNDƏ GİROV OLDUXUMUZDANMİ FƏXR EDƏK? YOXSA RUSVƏTİN TUĞYAN ETDİYİ,İNSANLARİN BİR TİKƏ CRƏYƏ MOHTAC OLUB, KUCƏLƏRDƏ KORPULƏRİN ALTİNDA SULƏNMƏSİNDƏN, BANKLARİN ƏHALİNİ DİLƏNCİ KİMİ SURUKLƏMƏSİNDƏN, MƏMURLARİN HARİNLAYİB XALQİN MINIVİYYATİNA TUPURMƏSİNDƏNMİ, MİLLƏT VƏKİLLƏRİNİN MİLLƏTİ HECƏ SAYMAMASİNDAN QURRƏLƏNƏK? SAAKASVİLİNİ TANİYİB, KƏSF ETMƏK UCUN ƏN AZİ İNSAN OLMAQ LAZİM..

Xilaskara yazana cavab 2017-12-11 22:33:02

Azerbaycanda KIV - ler yazmishdi ki, Ermenistanin prezidenti S. Sarkisyanin atasi Daqliq Qarabaqda yashayan azerbaycanlidir ve adi Azad olduqundan, ermeniler maskirovka edibler onun adini - Azad deyishib ve olub - Azat, amma ermeni milletinde, esla Azat adi ve sozu YOXDUR. Ermenistan prezidenti S. Sarkisyan serbest - asanliqla danisha bilir Azerbaycan dilinde.

Xilaskara 2017-12-11 22:33:02

Saakaşvili kökəncə ermənidir.Onun babası erməni Saakyan vaxtıilə Tbilisi dövlət universitetinin rektoru olub.

Xilaskar 2017-12-11 22:33:02

Görəsən M.Saakaşvilini bütün dünya niyə sevir? Ona görə ki, oğru deyil,rüşvətxor, korrupsener və ən əsas. isə teralist deyil.Onun gücünə baxın ki, başqa bir xalq(ukrayna xalqı) onu özünə lidet seçib.Yaqin ki, biz də onu özümüzə lider seçərdik. Yaşa Mişa!

Son yazılar