Virtual valyutalar maliyyə böhranını sürətləndirəcək - RƏY

Virtual kriptovalyutalar hər hansı iqtisadi və ya maliyyə böhranı zamanı bu prosesi sürətləndirən amil kimi meydana çıxacaq. "Report"un analitik qrupu bildirir ki, yaxın illərdə qlobal likvidliyin azalması faktı artıq məlumdur. Federal Ehtiyat Sistemi (FED) və Avropa Mərkəzi Bankı (ECB) öz balanslarını trilyonlarca dollar azaltmağı planlaşdırdığını açıqlayıb. Bununla yanaşı, uçot dərəcələrinin dünyada artmağa davam etməsi real iqtisadiyyata yatırımları azaldacaq.

Maliyyə bazarlarına daxil olan kriptovalyutalar isə dünyada olan likvidliyin önəmli bir hissəsini özünə bağlayacaq. Belə ki, hazırda virtual kriptovalyutaların bazar kapitallaşması 300 mlrd. dolları ötüb. Bu göstəricinin daha da artaraq 1 trln. və ya 2 trln. dollara yüksəlməsi tamamilə realdır. Qeyd edək ki, ABŞ-ın Yele Universitetinin baş elmi işçisi, uzun müddət "Morgan Stanley" bankının Asiya regionu üzrə müdiri olan Stefen Roh (Stephen Rach) tərəfindən aparılıan tədqiqatlara görə, dünyada 6,2 trln. dollarlıq əlavə və ya izafi likvidlik var. Roh "Project Syndicate" adlı məqaləsində Beynəlxalq Hesablaşmalar Bankına (BIS) istinadən qeyd edib ki, ABŞ, avrozona və Yaponiya mərkəzi banklarının 2008-ci ilin maliyyə böhranından sonra məcmu aktivləri monetar ekspansiyalar nəticəsində 4,6 trln. dollardan 12,9 trln. dollara, yəni 8,3 trln. dollar artıb.

Buna baxmayaraq, bu müddət ərzində adıçəkilən bölgələrdə nominal ÜDM isə orta hesabla 2,1 trln. dollar artım göstərib. Nəticədə 6,2 trln. dollar həcmində izafi likvidlik maliyyə bazarlarına daxil olub.

Bu vəsaitin 2 trln. dollarlıq hissəsinin FED tərəfindən, 2-3 trln. dollarlıq hissəsinin ECB və BoJ (Yaponiya Mərkəzi Bankı) tərəfindən absorbasiya olunacağı bildirilir. Qalan hissə isə virtual valyuta və fond bazarlarına investisiyalar vasitəsilə maliyyə bazarlarından çəkiləcək. Bu da, öz növbəsində, likvidliyi azaldaraq böhrana səbəb olacaq, böhran isə, öz növbəsində, azalan likvidliklə daha da sürətlənəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar