Xarici vətəndaşlar Azərbaycanda bank kartları ilə 871,6 mln. manatlıq əməliyyat aparıb

Bu ilin yanvar-oktyabr ayları ərzində xarici vətəndaşlar Azərbaycanda bank kartları vasitəsi ilə 871 mln. 597,845 min manat əməliyyat aparıblar.Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ən böyük əməliyyatlar avqust ayı ərzində (100 mln. 788,271 min manat) müşahidə olunub.

Ötən ilin analoji dövrü ilə müqayisədə bank əməliyyatları 98% və ya 405 mln. 540,177 min manat artıb.

Qeyd edək ki, 2016-cı ilin 12 ayı ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 602 mln. 288,119 min manat olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar