Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb

Dərc olunub: 11/12/2017 - 17:11

uefa-300x168Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti raunddakı rəqiblərini tanıyıb.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə komandalar 16 cütlük təşkil ediblər. Avropa Liqasının qrup qalibləri və Çempionlar Liqasında 3-cü yer sahiblərindən daha yaxşı nəticəyə malik 4 komanda səpələnmiş kimi digərləri ilə üz-üzə gələcək. Bu mərhələdə eyni ölkə təmsilçiləri və bir qrupda oynamış komandalar rəqib olmayacaq.

Cari mövsümdə “Qarabağ”ın Çempionlar Liqasında rəqibi olmuş “Kopenhagen”lə “Atletiko” bir-biri ilə qarşılaşacaq. Ağdam təmsilçisi danimarkalıları pley-offda mübarizədən kənarlaşdırmışdısa, ispaniyalıların 3-cü olduğu qrupda madridlilərlə üz-üzə gəlmişdi.

Avropa Liqası
1/16 final
“Borussiya” (Dortmund, Almaniya) – “Atalanta” (İtaliya)
“Nitsa” (Fransa) – “Lokomotiv” (Rusiya)
“Kopenhagen” (Danimarka) – “Atletiko” (İspaniya)
“Spartak” (Rusiya) – “Atletik” (İspaniya)
AEK (Yunanıstan) – “Dinamo” (Ukrayna)
“Seltik” (Şotlandiya) – “Zenit” (Rusiya)
“Napoli” (İtaliya) – “Leypsiq” (Almaniya)
“Srvena Zvezda” (Serbiya) – MOİK (Rusiya)
“Lion” (Fransa) – “Vilyarreal” (İspaniya)
“Real Sosyedad” (İspaniya) – “Zalsburq” (Avstriya)
“Partizan” (Serbiya) – “Viktoriya” (Çexiya)
“Styaua” (Rumıniya) – “Latsio” (İtaliya)
“Lüdoqorets” (Bolqarıstan) – “Milan” (İtaliya)
“Astana” (Qazaxıstan) – “Sportinq” (Portuqaliya)
“Ostersun” (İsveç) – “Arsenal” (İngiltərə)
“Marsel” (Fransa) – “Braqa” (Portuqaliya)

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları gələn il fevralın 15-də, cavab matçları isə 22-də keçiriləcək.


loading...




Fikrinizi bildirin