Nyu Yorkda partlayış baş verib - 4 nəfər yaralanıb + VİDEO

Nyu-Yorkda partlayış nəticəsində xəsarət alanların sayı 4 nəfərə çatıb. APA-nın “The Telegraph”-a istinadən verdiyi xəbərə görə, partlayışı törədən şəxs 27 yaşlı Banqladeş vətəndaşı olub. O 7 ildir, ABŞ-da yaşayırmış.

Partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi təxmin edilir.

“Nyu-Yorkda avtobus terminalında baş vermiş partlayış terrorla əlaqəlidir”.APA-nın NBC-yə istinadən verdiyi xəbərə görə, bunu Nyu-York meri Bill de Blasio jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hadisəni törədən 27 yaşlı Akayed Ullah olub. Banqladeş əsilli A. Ullah Bruklində yaşayırmış.

“Bu, uğursuz terror cəhdidir. Onların bizi narahat etməsinə icazə verməyəcəyik. Bu, onların yeganə məqsədidir”, - deyə mer əlavə edib.

Qeyd edək ki, Nyu-Yorkda partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan biri hadisəni törədən şəxsdir.

Partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi ehtimal edilir.

***

Nyu-York şəhərinin Manhetten bölgəsində bir neçə metro stansiyası təxliyə olunub.

Trend-in məlumatına görə, buna səbəb partlayış təhlükəsi barədə xəbər olub.

Son məlumata görə, avtobus terminalında kustar üsulla hazırlanmış partlayıcı qurğu partlayıb.

Şübhəli şəxs qismində saxlanılan var. Polis ərazini nəzarətə götürüb.

Partlayış nəticəsində yaralılar olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar