Kaliforniyada meşə yanğınları 93 min hektar əraziyə yayılıb

 

Cənubi Kaliforniyada dağıdıcı yanğının miqyası genişlənir. Hazırda onun əhatə etdiyi ərazilər Nyu-York şəhərindən böyükdür.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, “Tomas” adlandırılan yanğın Ventura və Santa-Barbara şəhərlərində ciddi fəsadlar törədib və ötən həftə ərzində 93 min hektar əraziyə yayılıb. Bölgədə əsən güclü külək yanğının hər gün demək olar ki, 20 min hektar əraziyə yayılmasına səbəb olur.

“Tomas” ştat tarixində şiddətinə görə 5-ci yanğın sayılır. Alovla mübarizə zamanı bir neçə yanğınsöndürən xəsarət alıb. Xilasedicilər yanğın nəticəsində həyatını itirən 70 yaşlı qadının cəsədini aşkarlayıblar.

Kaliforniyanın digər rayonlarında yanğınları nəzarət altına almaq mümkün olub. Bununla belə, dekabrın 4-dən bəri alov yüzlərlə evi külə döndərib, 200 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, Kaliforniyada yanğınlar artıq yeddinci gündür davam edir. Təbii fəlakətlə əlaqədar ölkə hökuməti ştatda ən yüksək – bənövşəyi təhlükə səviyyəsi elan edib, fövqəladə vəziyyət rejimi tətbiq olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar