«ƏRƏB DÜNYASININ ÖLÜM BƏYANNAMƏSİ» - Ərəb KİV-i yazır

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabah İstanbulda keçiriləcək sammiti nə deyəcək?

Ərəb ölkələrinin KİV-i, ərəb liderlərinin ardınca, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Yerusəlim (Qüds) şəhərini İsralin paytaxtı elan etməsi və ABŞ səfirliyinin Təl-Əvivdən buraya köçürülməsi barədəki qərarına böyük coşğunluqla reaksiya verdi. Ərəb dünyasının əksəriyyət qəzeti ötən həftənin cümə axşamı bu mövzuda məqalə dərc etdi və belə bir nəticəyə gəldi ki, ABŞ Prezidenti «Yaxın Şərqdə sülh prosesini öldürdü» və bölgənin günümüzdə də bədəlini ödəməli olduğu «tarixi -rüsvayçı səhvi» bir daha möhkəmlətdi...

Xəbər verildiyi kimi, Tramp ötən həftənin çərşənbə günü Yerusəlimi (Qüds) İsrailin paytaxtı kimi tanıdığını elan edib və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi barədə müvafiq sənəd imzalayıb. İsrail isə Yerusəlimi (Qüds) özünün «vahid və bölünməz» paytaxtı adlandırır - şəhərin şərq rayonları və tarixi mərkəzi ilə birlikdə. Yəhudilər şəhərin bu rayonlarını yarım əsr bundan əvvəl müharibə ilə İordaniyanın əlindən alıb və sonralar ilhaq ediblər.

Dünənə qədər ABŞ-ın da həmrəy olduğu dünya ilhaqı tanımırdı və şəhərin statusunu Yaxın Şərq münaqişəsinin özək problemlərindən biri sayırdı - hesab edirdi ki, Qüdsün statusu fələstinlilərlə müqavilə bağlanması əsasında müəyyən olunmalıdır. Nədən ki, fələstinlilər də Qüdsün şərq hissəsini özünunkü hesab edirlər...

Yaxın Şərq tənzimləməsi üçün əsas təşkil edən sənədlərdən biri də Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) 1947-ci ildə qəbul etmiş olduğu 181 saylı qətnamədir. Bu sənəd Yerusəlimi (Qüds) BMT idarəçiliyi altında olan beynəlxalq rejimli «ayrıca vahid» kimi nəzərdə tutur.

Misir mətbuatı «ərəb dünyasının ölüm bəyannaməsi» barədə

«Donald Tramp Yaxın Şərqdə sülh prosesini öldürdü», «Tramp özününkü olmayanı, layiq olmayana verir» - cümə axşamı Misirin aparıcı «Əl-Əhrəm» qəzeti bu başlıqlarla dərc olunub.

«ABŞ Prezidenti Donald Tramp onilliklər uzunu Amerikanın yeritdiyi siyasətindən imtina etdi və İsrail tərəfindən işğal edilmiş Yerusəlim (Qüds) şəhərini İsrail dövlətinin paytaxtı kimi tanımaqla, bütün beynəlxalq qərarlara məhəl qoymadan, Yaxın Şərqdə sülh prosesini öldürdü» - deyə, qəzet yazır.

Misirin digər qəzeti - «Dostur» ilk səhifəsində belə bir başlıq yerləşdirib: «Ərəb dünyasının ölüm bəyannaməsi». Bu başlıq altında qəzetdə ABŞ-ın qərarı və Yerusəlim məsələsi barədəki hadisələr, son saatların bəyanatları toplanıb. Qəzet xəbər verir ki, ekspertlərin proqnozlarına görə, Yerusəlimdə ABŞ-ın yeni səfirliyinin açılması 3-4 il vaxt aparacaq, nədən ki, inzibati binanın tikintisi üçün müvafiq sahə seçmək və onun gələcək təhlükəsizliyini təmin etmək xeyli vaxt tələb edəcək.

Digər tərəfdən, Fələstin hərəkatları artıq yaxın iki gündə ərəb ölkələrindəki ABŞ səfirliyi qarşısında kütləvi etiraz aksiyalarına başlamağa çağırış ediblər. Aksiyalarda ABŞ-ın Yerusəlim barədəki qərarlarının ləğvi tələb olunacaq.

Misirin «Əl-Vətən» qəzetinin elektron versiyası isə öz növbəsində, sual verir: Ərəb ölkələri ABŞ iqtisadiyyatına yatırmış olduqları çoxmilyardlı investisiyaları geri çağırmaqla, Vaşintona təzyiq göstərə bilərlərmi?

«Çox sayda ərəb ölkələri var. Onlar ABŞ liderinin bəyanatına yönəlik konsolidə olunmuş qərar qəbul edə bilərlər... nədən ki, onlar Birləşmiş Ştatların çoxmilyardlı investorudurlar, bu isə Trampın məlum qərarlarının «geri çağırılması» üçün ABŞ-a təsirli bir rıçaq rolunu oynaya bilər» - deyə, Misirli politoloq Ayman Şabbana bəyan edib.

O, ötənilki vəziyyətə, ərəblərin ABŞ iqtisadiyyatına yatırmış olduqları invenstisiyanın həcmini 231 milyard dollar həddində qiymətləndirib və belə bir fikir irəli sürüb ki, ərəb dünyası ABŞ-la əməkdaşlığın bütün formalarını dayandıra, ABŞ şirkətlərini və məhsullarını boykot edə, amerikalılarla birgə layihələrə verilən imtiyazları aradan qaldıra bilərlər: «Bu, təzyiq göstərmək üçün güclü üsuldur, xüsusilə də nəzərə almaq lazımdır ki, bir sıra ərəb ölkələri ABŞ iqtisadiyyatına nəhəng investisiyalar yatırıblar» - deyə, ekspert fikrini tamamlayıb.

Suriya mətbuatı nə yazır?

Suriyanın «Əl-Vətən» qəzeti cümə axşamı Suriya Prezidentinin müşaviri Busseyn Şaabanın məqaləsini dərc edib. Məqalədə siyasətçi son 50 il ərzində Yerusəlim ətrafında baş vermiş hadisələrin zəncirini izləyib və «Qərbin riyakarlığı» barədə bəyanatla çıxış edib.

Onun sözlərinə görə, ABŞ və Avropa beynəlxalq hüquqa əməl olunmasına çağırış edərkən, İsrailin Fələstinə qarşı törətdiyi cinayətlərə göz yumur.

«Və ABŞ Prezidenti səfirliyinin Yerusəlimə köçürülməsini israr edən gün, Qərb hökumətləri bununla razı olmadıqları barədə riyakar bəyanatlar verirdilər. Yaxşı bilirlər ki, onların yarım əsrlik riyakarlığı Fələstin torpaqlarının sionistlər tərəfindən ələ keçirilməsinə imkan yaradıb» - deyə, Əsədin müşaviri yazıb.

«Qınamaq barədə bəyanatlar kifayət deyil, sistemli və təşkil olunmuş, Yerusəlimin müdafiəsi üçün dünyanın qulağını batıracaq ərəb işi lazımdır ki, (sionistlər - red.) bilsinlər: Onlar bu «qiymətli daş»a - bütün ərəblərin şərəf və layaqətinin rəmzi olan «daş»a qəsd edə bilməzlər» - Şaaban yazır...

«Yerusəlim ərəblərin olaraq, qalacaq...»

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mətbuatı isə yazır: «Yerusəlim ərəblərin olaraq qalacaq...».

«Əl-İttihad» qəzetinin baş redaktoru Mühəmməd əl-Həmadi «Yerusəlm hər zaman ərəblərindir» başlıqlı məqaləsində qeyd edir ki, Trampın qərarı, yəhudilərə Fələstin torpaqlarından pay vəd edən və bölgənin bu gün də bədəl ödədiyi «tarixi-rüsvayçı səhvi möhkəmlətdi». Amma əminəm ki, bu qərar realda heç nəyi dəyişməyəcək, çünki Yerusəlim hər zaman ərəb şəhəri olub və olacaq. Fələstinin işğal olunduğu 70 il ərzində Yerusəlim ərəb şəhəri olmaqdan sakınmayıb...

O, hesab edir ki, bu gündən başlayaraq, ərəblər hər yerdə «Yerusəlim - ərəblərin paytaxtıdır!» - deyə, təkrarlamalıdırlar.

Bundan başqa, Trampın bu qərarıdan sonra, ərəblər hər zaman ona qarşı dəqiq mövqedən çıxış etməlidirlər və «nəyi isə gözləmədən birləşməli, birlikdə fəaliyyət göstərərək, özləri istədikləri dünyanı qurmaq istiqamətində fəaliyyət göstərməlidirlər»...

Məlumat üçün bildirək ki, sabah Türkiyənin təşəbbüsü ilə İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə sammiti keçiriləcək. Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğanın dediyi kimi, çərşənbə gününə qədər gözləyək - görək, dünya müsəlmanları hansı qərarı verəcəklər?...

Hazırladı: Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

G.M 2017-12-12 00:23:36

Qüts məsələsini cənab Şeyximiz AllahŞükürPaşazadə məllim eşitsə biabırçılıq olacaq.Özü də əsəbi bil adam...Trampı tutsa biabr edəcək..abırını dollara bükəcək.

Son yazılar