Bakıda zirzəmidən yanmış kişi meyiti tapılıb

Dərc olunub: 11/12/2017 - 23:10

fhn_car_241116Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 30 m2 sahədə məişət tullantıları yanıb.

Yanğının kəşfiyyatı zamanı 1 nəfər kişi meyiti aşkar olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.








loading...


Fikrinizi bildirin