"S-400 ZRK-ların tədarük məsələsi həftənin sonuna qədər həll olunacaq"- Ərdoğan

Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin tədarükünə dair məsələni bu həftə ərzində həll edəcək.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rusiyalı həmkarı Vladimir Putin ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"S-400 barədə danışmaq istəyirəm. Bizim müvafiq orqanlarımız lazımi işləri görəcək və bu həftə işi başa çatdıracaq", — deyə o bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar