"Trampın Yerusəlimə dair qərarı bölgədəki böhranı həll etməyəcək" - Putin

ABŞ prezidenti Donald Trampın Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq qərarı Yaxın Şərqdə vəziyyətin nizamlanmasına kömək etmir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Həm Rusiya, həm də Türkiyə hesab edirlər ki, ABŞ rəhbərliyinin Yerusəlimi İsrailin paytaxtı tanımaq və səfirliyini oraya köçürmək qərarı Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etmir. Bu, əksinə, Yaxın Şərqdə onsuzda mürəkkəb vəziyyəti daha da gərginləşdirə, Fələstin-İsrail sülh prosesinə xətt çəkə bilər”, deyə Putin vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar