"DSMF-yə borcumuz yoxdur"

"Azəriqaz" İstehsalat Birliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) borcu yoxdur.

İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev "APA-Economics"ə bildirib ki, "Azəriqaz" tərəfindən yaranan ödənişlər vaxtında icra edilir və hal hazırda vaxtı keçmiş borc qalmayıb.

"Bununla bağlı məhkəmə iddiası qaldırılması ilə əlaqədar hər hansı bir məlumat "Azəriqaz" İstehsalat Birliyinə daxil olmayıb", - deyə o vurğulayıb.

Bundan öncə xəbər verdiyimiz kimi, DSMF cari ilin 6 ayı ərzində əsasən böyük məbləğdə borcu olan sığortaedənlərə qarşı məhkəmə iddiası qaldırıb. İddiaların 4-ü iri sığortaeənlərə qarşı (o cümlədən, 1 iddia "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə qarşı, 3 iddia "Azəriqaz" İstehsalat Birliyinə qarşı), 16-sı dövlət mülkiyyətində olan digər təşkilatlara qarşı, 1-i bələdiyyə mülkiyyətində olan təşkilata qarşı, 228-i digər hüquqi şəxslərə qarşı, 513-ü isə fiziki şəxslərə qarşı qaldırılıb.

Ardınca "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC DSMF-yə borcunun olmasını inkar edib.

635x100

Şərhlər

Ali 2017-12-12 09:38:03

Səlim Müslümovun DSMF sədri oldugu dövrlərdəbir sira hüquqi şəxslərin borclarinin 50-60 faizinin rüşvət alınmasi müqabilində borclarin silinməsi DSMF aparatinin rəhbəri Əjdəd Cəbiyevin rəhbərliyi ilə həyata keçirildiyi sirr deyil.Sonradan həmin silinmiş borclar sadəcə statistik rəqəmlər kimi göstərilirdi və bu borclar həmin hüquqi şəxslərdən tələb olunmurdu.Yəqin indi inkar edilən borcar bunlarin elə özlərinin üzdə silinmiş (amma faktiki silinməmiş) və ya buna bənzər borclardir.Əjdərdən sorun.O yaxşı bilir.

Son yazılar