Neftin bir bareli 65 dolları ötüb - 2015-ci ildən sonra ilk dəfə

Neftin bir bareli 2015-ci ildən bu yana ilk dəfə 65 dolları ötüb.

“Report” xəbər verir ki, bu, London birjasında keçirilən hərracların nəticəsində məlum olub.

Hərrac məlumatlarına əsasən, Bakı vaxtı ilə 06.25-ə olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının bir barelinin qiyməti 0,52% artaraq 65,24 dollar təşkil edib.

Bu göstərici sonuncu dəfə 2015-ci ilin 24 iyun tarixində qeydə alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar