Rusiya FTX Yeni ildə terror hücumu hazırlayan şəxsləri zərərsizləşdirib

Rusiya Federal Təhlükəsizliyi Xidməti (FTX) Moskva vilayətində Orta Asiyadan olan və Yeni ildə və seçkiqabağı kampaniya dövründə terror aktları hazırlayan bir qrup şəxsi zərərsizləşdirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə FTX-nin direktoru, Rusiya Milli Antiterror Komitəsinin (MAK) sədri Aleksandr Bortnikov məlumat verib.

"Terrorçulardan əldəqayırma partlayıcı qurğular, odlu silahlar və sursatlar müsadirə edilib, terror vasitələrinin hazırlanması üçün laboratoriya ləğv edilib", - A.Bortnikov MAK-ın iclasında bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə Rusiyada 18 iri terror hücumunun qarşısı alınıb, 56 gizli terror yuvasının fəaliyyətinə son qoyulub.

Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək, seçki kampaniyası dekabrda başlamalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar