Bakı metrosunda sərnişin qatar yoluna yıxılıb

Metroda sərnişin relsin üstünə yıxılıb.

APA-nın məlumatına görə, "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bu gün saat 12:15 radələrində Bakı metrosunun "Nəsimi" stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oqtay Nazim oğlu stansiya yoluna yıxılıb.

Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb. Həmin vaxt stansiyada qatar olmayıb.

"Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Oqtay Paşayev başının hərləndiyini, buna görə müvazinətini itirdiyini qeyd edib", - deyə N. Paşayev qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar