Bu prospektdə hərəkət məhdudlaşdırılır

Dərc olunub: 12/12/2017 - 17:56

xerite_121217Azadlıq prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır.

“Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində, daha dəqiqi, prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarınadək tətbiq ediləcək.


loading...




Fikrinizi bildirin