«Rusiya, Suriyanın legitim hakimiyyətini dəstəkləməkdə davam edəcək» – Peskov

Dərc olunub: 12/12/2017 - 17:49

_73662743_peskov1024«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya çoxdan Yaxın Şərqdə iştirak edir və düşünmək lazım deyil ki, o, Amerika Birləşmiş Ştatlarının (ABŞ) yaratmış olduğu vakkumu doldurmaqla məşğuldur.

«Bu ərəfədə Pusiya Prezidentinin Suriyaya, Türkiyəyə və Misirə təşkil olunmuş səfərləri bölgədə yaranmış vakkumu dodurmaq və Yaxın Şərqdə Rusiyanın mövqeyini möhkəmlətmək istəyi ilə bağlı deyildi ki?» – sualna cavab verən Peskov, qeyd edib ki, burada söhbət «Rusiya tərəfin siyasi sahədə məqsədyönlü və ardıcıl işindən gedir – Rusiya Prezidenti bu siyasəti xeyli əvvəldən formalaşdırır».

Onun sözlərinə görə, bu siyasət «Suriyanın bərpasına və xilas edilməsinə, legitim hakimiyyətin dəstəklənməsinə, Suriya Ərəb Respublikasında (SƏR) siyasəti tənzimləmə yollarının aranmasına istiqamətlənib.
Bundan başqa, söhbət həm də Türkiyə, Misir və Suriya ilə çoxformatlı qarşılıqlı münasibətlərin inkişaf etdirilməsindən gedir.

«Burada sözbət vakkumu doldurmaq cəhdlərindən getmir – vakkum olmur. Rusiya çoxdan bölgdə iştirak edir və qarşılıqlı faydalılığa, qarşılıqlı inama və praqmatik maraqlara əsaslanan əməkdaşlığa istiqamət götürür» – deyə, Peskov jurnalistlərə bildirib.


loading...




Fikrinizi bildirin