“GÜNAHSIZLIĞIM SÜBUT OLUNDU, PROKUROR DİRƏŞİR” - "Müstəntiqə 8 min rüşvəti vermədiyim üçün..."

30 il Rusiyada yaşadıqdan sonra Azərbaycana dönüb, Bakıda marşrut avtobusunda sürücü kimi işə başlayan Lənkəran rayonu Veravul kənd sakini Lətifov İltimas İmran oğlunun başına gələnlər barədə bir müddət əvvəl məlumat vermişdik (Bax: “

Mövzuya yenidən qayıtmağımıza səbəb isə İltimas Lətifovun günahsız olduğunun keçirilən ekspertizanın nəticəsində də ortaya çıxmasıdır. Bu haqda “AzPolitika.info” ya İltimas Lətifovun vəkili Əlizadə Kazımov məlumat verib.

O, bildirib istintaq orqanı İltimas Lətifova verilmiş ittihamı mötəbər sübutlarla təsdiq edə bilməyib: “Buna görə də, əlacsızlıqdan ittiham aktının 2-ci səhifəsində göstəriblər ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Lətifov İltimas İmran oğlu Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Əslində isə İltimas Lətifov izahat və ifadələrinin heç birində özünü təqsirli bilməyib, hadisənin piyada qadının qəflətən avtomobillərin arasından çıxıb, idarə etdiyi avtobusun qabaq sağ yan tərəfinə dəyməsi nəticəsində baş verdiyini deyib. Bu da onu göstərir ki, istintaqı aparan müstəntiq, polis mayoru Müşfiq Qurbanov İltimas Lətifova verdiyi itihamı yerinə yetirə bilmədiyini görüb, əlacsılıqdan onun ifadəsinə “özünü təqsirli bilir” sözünü əlavə etmişdir. Bu da müstəntiqin vəzifə səlahiyyətlərini aşmasıdır. Ona görə də sübut kimi qəbul oluna bilməz”.

Vəkil həmçinin qeyd edib ki, zərərçəkmiş şəxs kimi tanınan piyada Məmmədova Simuzər Qəmbər qızının müxtəlif vaxtlarda verdiyi ifadələr bir-birindən fərqlənir: “O, 27.10.2016-cı ildə verdiyi birinci ifadəsində İltimas Lətifovun idarə etdiyi “İveco Crelais” markalı avtobusun onu Nəsimi bazarının qarşısında dayanarkən vurduğunu söyləyib. 10.11.2016-cı ildə verdiyi ikinci ifadəsində isə küçəni üzü Nəsimi bazarına tərəf keçərkən, avtobusun onu vurduğunu bildirib”.

Vəkilin sözlərinə görə, Məmmədova Simuzər Qəmbər qızı hadisənin baş vermə şəraiti haqda müxtəlif məzmunlu izahat və ifadə verdiyindən, onun söylədiklərinin mötəbər sübut olmasına əsaslı şübhələr yaranır: “Bu, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125, 143-145-ci maddələrində əks olunan sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsinə dair normalarda da göstərilib. Həmin normalara əsasən iş üzrə zərərçəkmiş şəxs kimi tanınan piyada Məmmədova Simuzər Qəmbər qızının verdiyi müxtəlif məzmunlu ifadələri mötəbər sübut kimi qəbul etmək olmaz”.

Əlizadə Kaqeza-yol-nishanizımov bildirir ki, hadisənin baş verdiyi vaxtdan başlayaraq, prosessual hərəkətlərin icraatı qaydaları pozulub: “Belə ki, 24 oktyabr 2016-cı il tarixdə “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokolda nəqliyyat vasitələrinin vəziyyəti qrafasında “nəqliyyat vasitəsi hadisə yerində yoxdur” qeyd edilib. Ancaq, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokola əlavə olunmuş hadisə yerinin sxemində isə “İveco Crelais” markalı, 99 JH 252 dövlət nömrə nişanlı avtobusun hadisə yerində olması və yolun sağ kənarından 4,5 metr aralıda və avtobusun qabaq sağ yan tərəfi ilə piyadanın vurulması göstərilib. Ancaq bu göstəricilərin kim tərəfindən və baş vermiş yol nəqliyyat hadisəsinin hansı əlamətlərinə görə göstərilməsi haqda cinayət işində heç bir sübut yoxdur”.

Vəkil qeyd edir ki, buna görə də hadisədə cinayət əməlinin olub-olmamasına, bu əməlin məhz təqsirləndirilən şəxs tərfindən törədilib-törədilməməsinə vəzifəli şəxsin subyektiv mövqeyindən yanaşılmış, sübutlar sistemində yaranmış ziddiyətlər aradan qaldırılmamışdır: “Bir sözlə, məhkəməyədək icraat mərhələsində istintaq orqanı ittihamın sübut olunması üçün Ali Məhkəmənin Plenimunda göstərilən istintaq hərəkətlərinin heç birini icra etməmişdir. İttiham fərziyələrə əsaslanmışdır".

Məhz buna görə də məhkəmə tərəfindən müdafiə tərəfinin vəsatəti əsasında 15 mart 2017-ci ildə “əlavə yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası” təyin edilmişdir. Ekspertin 11.05.2017-ci ildə 9511 saylı rəyində hadisə ilə bağlı ortaya çıxan sualların dəqiq cavablandırılması üçün məhkəmə komleks qaydada aparılan tibbi və nəqliyyat trasoloji ekspertizanın keçirilməsinin zəruri olduğu bildirilir. Buna görə də müdafiə tərəfinin vəsatəti ilə 24 iyul 2017-ci ildə komleks məhkəmə-tibbi, trasoloji yol- nəqliyyat ekspertiza təyin edilmişdir. Bununla bağlı Məhkəmə Ekspertizası Mərkəzinin yol- nəqliyyat hadisələrinin məhkəmə ekspertizası və məhkəmə tibbi eksperti tərəfindən 08.11.2017-ci il tarixdə 25709 saylı rəy verilmişdir.

Əlizadə Kazımovun sözlərinə görə, ekspert qarşısında qoyulmuş 1-ci suala cavab olaraq bildirib ki, Məmmədova Simuzər Qəmbər qızının bədənində aşkar edilmiş xəsarətlərin xüsusiyyətlərinə və yerləşdikləri nahiyələrə əsasən onların yol-nəqliyyat hadisəsi zamanı konkret olaraq piyadanı hərəkətdə, yoxsa dayanmş vəziyyətdə avtobusla vurulması zamanı əmələ gəlməsini demək mümkün olmayıb: “Lakin həmin xəsarətlərin piyadanın istər hərəkətdə olduğu, istərsə də dayanmış vəziyyətdə avtobusun qabaq yan tərəfi ilə vurulması zamanı əmələ gəlməsi mümkündür”.

Vəkil bildirir ki, ekspert Hafiz Kazımovun rəyində piyadanın avtobusla vurulduğu anda onun dayanmış halda, yoxsa hərəkətdə olmasının müyyən edilməsininin mümkün olmadığı göstərilib: “Halbuki, əvvəlki ekspertin 11.05.2017-ci ildə 9511 saylı rəyində qeyd edilib ki, bu sualın cavabı komleks qaydada aparılan tibbi və nəqliyyat trasoloji ekspertizanın nəticəsində verilə bilər. Məhkəmə Ekspertizası Mərkəzi bununla bağlı rəy verməli idi. Lakin hansısa səbəbdən bu suala münasibət bildirilməmişdir”.

Əlizadə Kazımovun sözlərinə görə, rəyin məhkəmə avtotexniki ekspertə aid hissəsində də ekspert Vüqar Quliyev qoyulan suallara cavab verməyin mümkün olmadığını vurğulayıb. Yəni, piyadanın sürücünün görünüş dairəsinə düşdüyü anı, həmin andan vurulma yerinə kimi piyadanın qət etdiyi məsafəni müəyyən etməyin, eləcə də İ.Lətifovun hadisənin qarşısının alınması ilə bağlı hərəkətlərini konkret tədqiq etməyin mümkün olmadığı göstərilib.

Ancaq vəkil ekspertin göstərdiklərini həqiqətə uyğun hesab etmir. Onun sözlərinə görə, ekspert ona təqdim edilmiş məlumatlar əsasında dolğun və obyektiv rəy verə bilərdi: “Lakin hansısa səbəbdən bunu etməyib".

Bütün qeyd olunanlara nəzərə alaraq, vəkil Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovaya müvəkkili Lətifov İltimas İmran oğlu barəsində bəraət hökmünün çıxarılması haqda vəsatət verib. Vəsatətdə qeyd edib ki, məhkəməyədək istintaq hərəkətlərində qanunun tələbləri kobud şəkildə pozulub, “ədalətli balans” təmin olunmayıb və təqsirləndirilən İ.Lətifovun hüquqları məhdudlaşdırılıb. Eyni zamanda İ.Lətifovun təqsiri sübut olunmayıb: “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci madəsinə əsasən, şəxsin təqsirli olduğuna şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir... Azərbaycan Respublikası CP M-nin 55.1-ci madəsinə görə, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan təqsirsiz elan edilməli və məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə istintaqında Lətifov İltimas İmran oğlunun hərəkətlərində Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin tərkibinin mövcudluğu, habelə cinayətin törədilməsinə aidiyatı sübuta yetirilmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edirəm”.

Məsələ ilə bağlı “AzPolitika.info”nun redaksiyasında olan İltimas Lətifov bildirdi ki, ortada heç bir sübut olmadığı halda prokuror onun həbsinə çalışır: “Ötən prosesdə də prokuror çıxış edərək, mənim təqsirimin guya sübuta yetirildiyini iddia etdi, 2 il sürücülük hüququndan məhrum edilməyimi və 6 min manat cərimə olunmağımı istədi. Halbuki, mənim heç bir təqsirimin olmadığı sübut edilib. Sadəcə, müstəntiqin istədiyi 8000 manat rüşvəti vermədiyim üçün iş materialları Bakı şəhər Nəsimi rayon Məhkəməsinə göndərildi. Bununla bağlı 18 dövlət orqanına şikayət etsəm də, nəticəsi olmadı. Ümidim Prezident İlham Əliyevə və I vitse-Prezident Mehriban xanım Əliyevayadır. Onlardan bu məsələni nəzarətə götürmələrini xahiş edirəm”.

İltimas Lətifov bildirdi ki, hələ ötən iclasda bərat hökmünün çıxarılacağını gözləyib: “Hakim Şəlalə Həsənova çox obyektiv insandır. İşin hərtərəfli araşdırılması üçün bütün tədbirləri həyata keçirib. Məhz onun bu obyektiv mövqeyi nəticəsində mənim təqsirsiz olduğum tam ortaya çıxdı. Ancaq prokuror dirəşib ki, məni həbs etdirsin. Hiss edirəm ki, Hakim Şəlalə Həsənovaya da təzyiq edirlər”.

İltimas Lətifovun sözlərinə görə, təzyiqlərə baxmayaraq, hakimin obyektiv qərar verəcəyinə inanır: “Məhkəmə prosesi noyabrn 14-də, saat 12:30-da olacaq. İnanıram ki, haqq yerini tutacaq, hakim bəraət hökmü çıxaracaq”.

P.S. Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

635x100

Şərhlər

G.M 2017-12-13 11:26:50

Ay bədbəxt çox səs-küy salma..bizim müstəntiqlər Kennedinin,Puşkinin qətlini də boynuna qoyub ..basarlar Qaradağa.

Cəmşid müəllim 2017-12-13 11:26:50

Hakəmənin Prezidentin son qərarından xəbəri yoxdurmu ki, yüngül qəzaya iş düşmür.

Son yazılar