Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunur

Dərc olunub: 12/12/2017 - 18:57

c2608cc8-eebb-4bba-bca1-3d8864827070_292Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, plenar iclasdan əvvəl iştirakçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
İki gün davam edəcək iclasda tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirəcək və 2018-ci il üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.
Tədbirin sonunda iclasın yekunlarına dair protokol imzalanacaq.


loading...




Fikrinizi bildirin