“Ardaya heç bir klubdan təklif göndərilməyib” – Menecer

Dərc olunub: 12/12/2017 - 21:38

arda barsaAhmet Bulut meneceri olduğu “Barselona”nın futbolçusu Arda Turan haqda açıqlama verib.

Qol.az-ın məlumatına görə, o, “TRT Spor”a açıqlamasında türk yarımmüdafiəçinin bu qış Kataloniya klubundan ayrıla biləcəyini deyib: “Ardanın başqa kluba transferinə çalışıram. Amma bu işlər asan deyil. Onun tranfer üçün Türkiyədən heç bir klub nümayəndəsi ilə görüşməmişəm. Mənə heç bir klubdan rəsmi təklif göndərilməyib”.

A.Bulut Ardanın bu mövsüm rəsmi matçda oynamamasından narazılığını ifadə edib: “O, bu mövsüm 10 dəqiqə belə oynamayıb. Yeni baş məşqçi komandaya gəldiyi gündən Ardaya şans vermədi. Onun yaxşı tanımadığı bir futbolçu ilə bağlı belə qərar verməsi qəribədir”.


loading...




Fikrinizi bildirin