ABŞ Əfqanıstanda əlavə qüvvələr yerləşdirməyi planlaşdırır

Dərc olunub: 12/12/2017 - 23:00

1496740372ABŞ 2018-ci ilin əvvəlində Əfqanıstanda əlavə olaraq hərbi briqada yerləşdirməyi planlaşdırır. APA-nın “RİA Novosti”yə istinadla verdiyi görə, bu barədə ABŞ Hərbi-Hava Qüvvələrinin briqada generalı Lans Banç bildirib. Onun sözlərinə görə, amerikalı hərbçilər “Taliban” silahlıları ilə mübarizədə yerli qüvvələrə yardım edəcək.

Onun sözlərinə görə, Əfqanıstanda əlavə qüvvələrin yerləşdirilməsinə dair qərar ABŞ administrasiyasının bu ölkəyə dair yeni strategiyası çərçivəsində qəbul edilib.

Hazırda Əfqanıstanda 14 500-dək amerikalı hərbçi xidmət edir.


loading...




Fikrinizi bildirin