Səudiyyə Ərəbistanı da ABŞ-ı «qınadı» - «Qüds qərarı»na görə…

Dərc olunub: 13/12/2017 - 00:02

tramp«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, xeyli gecikmə ilə olsa da, Səudiyyə Ərəbistanı Yerusəlim (Qüds) şəhərini İsrail dövlətinin paytaxtı kimi tanıması barədəki qərarına görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampı «qınayıb».

«Səudiyyə Ərəbistanı ABŞ tərəfindən Yerusəlim şəhərinin İsrail dövlətinin paytaxtı kimi tanınması barədəki qərardan təssüf hissi keçirir» – deyə, ölkənin mədəniyyət və informasiya naziri Avad bin Saleh əl-Avad nazirlər kabinetinin Ər-Riyadda keçirilən iclasında bəyan edib.

Nazirin fikrincə, bu qərar Fələstin xalqının Yerusəlimə (Qüds) olan tarixi və bütün beynəlxalq hüquq sənədlərində yer almış hüququnu pozur.

«Səudiyyə Ərəbistanı ABŞ-ı öz qərarından imtina etməyə çağırır və Fələstin xalqının hüquqlarının təmin olunması istiqamətində beynəlxalq prinsiplərə sadiq olduğunu bir daha bəyan edir» – deyə, nazir əlavə edib.


loading...




Fikrinizi bildirin