Ana iki övladı ilə birgə faciəvi şəkildə öldü – VİDEO

Dərc olunub: 12/12/2017 - 23:46

qadin (1)Hacıqabulda dəm qazı ailə faciəsinə səbəb olub.

“AzPolitika”nın “Xəzər TV”yə istinadla verdiyi məlumata görə, 33 yaşlı Ləman Əliyeva yaşadığı evin hamamında qızı- 4 yaşlı Füruzə Əliyeva və oğlu-3 yaşlı Yusif Əliyev ilə birgə dəm qazından boğularaq ölüblər. Hamamdan gec çıxdıqlarını hiss edən yaxınları onların meyitlərini aşkar ediblər.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.


loading...




Fikrinizi bildirin