Saakaşvili Ukrayna Baş Prokurorluğunda dindiriləcək

Dərc olunub: 12/12/2017 - 23:54

saakasGürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili dindirilmə prosesində iştirak etmək üçün Ukrayna Baş Prokurorluğuna gedəcəyini bildirib.

“Report” xəbər verir ki, sorğu-sual dekabrın 18-nə təyin olunub.
“Mən qanuna riayət edəcəyəm, lakin bu prokurorluğa heç bir halda hörmət etməyəcəyəm”, — deyə Saakaşvili ZIK telekanalının efirində bildirib.
Bundan əvvəl Baş Prokurorluq Saakaşvilini şübhəli şəxs qismində dindirilməyə çağırıb.


loading...




Fikrinizi bildirin