Bakıda minik maşını ilə avtobus toqquşub – Yaralanan var 

Dərc olunub: 13/12/2017 - 00:10

915815f7-20ac-420a-be14-b79586328feb_292Bakının Sabunçu rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, Ramana qəsəbəsində yerləşən Şuşa qaçqın şəhərciyi ərazisində “VAZ-2106″ markalı minik avtomobili ilə “Daewoo” markalı marşrut avtobusu toqquşub.

Nəticədə “Jiquli”nin sürücüsü, 1981-ci il təvəllüdlü Nəsibov Ramin Osman oglu xəsarət alıb.
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


loading...




Fikrinizi bildirin