"GİLAN HOLDİNG"in 3 ŞİRKƏTİ FƏALİYYƏTİNİ DAYANDIRDI - Rəsmi

"Gilan Holding"ə daxil olan 3 şirkət fəaliyyətini dayandırdığını rəsmən bəyan edib

“Gilan Pasicifik İnşaat Materialları” MMC, “Gilan Motors” MMC və “Gilan Sement” MMC ləğv olunub.

“Report”un məlumatına görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhərinin Yasamal rayonu, N.Nərimanov prospekti,206, məhələə 466 ünvanına bildirə bilərlər.

"Gilan Pasicifik İnşaat Materialları” rəsmən qeydiyyata 2011-ci ildə alınıb və nizamnamə kapitalı 20 manat olub. “Gilan Sement” 2008-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 40 manat təşkil edib. “Gilan Motors” isə 100 manat nizamnamə kapitalı ilə 2008-ci ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, hər üç şirkətin qanuni təmsilçisi Cəmil Tahir oğlu Muradovdur.

635x100

Şərhlər

G.M 2017-12-13 16:30:44

Şirkətlərdə,Təsərüfatlarda,Zavod-Fabriklərdə iş yerləri azaldıqca Məhkəmələrdə ``iş alanların`` sayında artım gözləniləndir.Çünki,hər kəs acından ölməmək üçü ``yollar `` arayır.Bu da hər zaman qul bazarlarından və dilənçilikdən keçmir.Kriminal mühit ``qaynamağa`` başlayır...Ona görə də polisi artırmaqla cinayətin azalmasına ümidinizi bağlamayın, CƏNABLAR.

t.ədalət 2017-12-13 16:30:44

Olan iş yerləri dağılırsa,onda təzəsini kim yaradacaq?İşsizlik çox təhlükəli məsələdir,onu təcrübəısiz cavanlarla aradan qaldırmaq çox çətindir.Qorxulusu odur ki,əhali işsizlər ordusuna çevrilib hakimiyyətə qarşı dura bilər.Maddi vəziyyəti pisləşən adamları hər hansı bir boş vədlə sakitləşdirmək olmur.İqtisadiyyatın cərimələr və bahalaşma üzərində qurulması əhalinin səbrini azaldıb.

S.Holms 2017-12-13 16:30:44

Adeten Gemide Sicanlar Ne Zaman Qacmaqa Baslayirlar????Deyesen hemin proses baslayib!

Mühəndis Baxışı 2017-12-13 16:30:44

AzPolitikada SƏHV gedib, yoxsa zarafat edirlər? Nizam kapitalı 20, 40 və 100 manat! Dəyərli İnkişaf Eksperləri, "bicnes jonqlyorları" və "publika oyunçuları" G.M, t.ədalət, uyğun məbləğlərə nə qədər boya, sement və motor emal(əldə) etmək mümkündür? Özəlləmə-"Soyğun" şirkətləri. Eyni imkanlı hansı vətəndaşa şans verilsəydi əksəriyyəti milyonçu olardı. İqtisadiyyatda yağıya "DAYI", azərbaycanlıya "YAĞI" strategiyası sanki dövlət prioteti imiş?

Abit 2017-12-13 16:30:44

Qardaş bu şirketler gelirle işleyen şirketler olub dünene qeder,indi ne baş verir? Bu milleti niye bu güne salırsız?

Son yazılar