Artur Rasi-zadənin köməkçilərinin sayı 7-dən 3-ə endirilib

Artur Rasizade110506-1-bigAzərbaycan Baş nazirinin köməkçilərinin sayı azaldılıb.

“Report”un xəbərinə görə, bununla bağlı Baş nazir Artur Rasi-zadə “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliyə əsasən, Baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib.

Bundan başqa, Baş nazirin birinci müavininin köməkçilərinin sayı artırılaraq 2-yə çatdırılıb. Ştat cədvəlinin “Baş nazirin birinci müavininin xidməti” bölməsinə isə 4 baş məsləhətçi ştatı əlavə edilib. Nazirlər Kabinetinin Hüquq şöbəsində də aparıcı məsləhətçi ştatı yaradılıb.

Dəyişikliyə əsasən, Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektor şöbəsində böyük məsləhətçilərin sayı 1-dən 2-yə, məsləhətçilərin də sayı 1-dən 2-yə çatdırılıb.

635x100

Şərhlər

Adil 2017-12-13 11:27:38

Artur müəllim 60-70 yaşlarinda 7 köməkçi ilə 20 ildə düz əməlli bir iş görə bilmədi indi köməkçinin sayin 4 nəfər azaltmaqla belə çixir ki bundan sonra vobşe heç nə etməyəcək eləmi?Yoxsa Artur müəllim 80 yaşdan sonra cavanlaşmaga başlayib? Vallah məni qinamayin mənd qəti şəkildə belə fikir formalaşır ki bizim hökumətimiz EDİLMƏSİ LAZİM OLUNANLARIN TAM ƏKSİNİ EDİR.YƏNİ ONSUZDA HEÇ NƏ EDƏ BİLMƏDİKLƏRİNDƏN HEÇ OLMASA MİLLƏTDƏ ŞOK EFFEKTİ YARADA BİLİRLƏR.MİLLƏT DƏ İLLƏRLƏ FİKİRLƏŞİR Kİ "Ayə hara gedirsən ayə"

Son yazılar