Tramp Suriyaya endirilən aviazərbələri «qanuni» sayır

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Suriya ərazilərinə endirilən aviazərbələrin «qanuni» olduğunu bəyan edib. Bu barədə Tramp konqresmenlərə ünvanladığı məktubda söhbət açıb.

Onun sözlərinə görə, Suriyada «İslam dövləti» (İD) ilə mübarizə kampaniyasında iştirak edən ABŞ silahlı qüvvələri Bəşər Əsəd qüvvələrinə məhdud sayda zərbələr endirib.

«Bu zərbələr ABŞ və həmkarlarının kampaniyada iştirak edən qüvvələrinə yönəlik gerçək təhlükə mənbələrinə qarşı qanuni tədbirlər idi» - deyə, Tramp yazır.

Məlumat üçün bildirək ki, ABŞ silahlı qüvvələri aprelin 7-i gecəsi Suriyanın «Şayrat» aviabazasına 59 dəfə «Tomaqavk» qanadlı raketləri ilə zərbə endirib. Vaşinqton bunu, guya İdlibdə kimyəvi silahdan istifadə olunmasına qarşı bir cavab tədbiri olduğunu bəyan edib.

Beləliklə, buradan çoxlu sayda məntiqi suallar meydana gəlir: ABŞ və həmkarlarının Suriyada nə ölümü var ki, onlara qarşı bir təhlükə də baş qaldıraydı?! ABŞ-ı Suriyaya çağıranmı olub? Suriyanı bombalamaq haqqını ABŞ-a (Donald Trampa) kim verib?! Nəhayət, Donald Trampdan və ABŞ-ın generallarından bu cinayətlərin bədəlini soruşan olacaqmı?!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar