ABŞ ordusunu böyüdür

2018-ci ildə ABŞ ordusunun şəxsi heyətinin sayı artırılacaq.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin rəsmi saytında məlumat yerləşdirilib. Hərbi büdcənin imzalanması mərasimində çıxış edən prezident Donald Tramp bəyan edib ki, hərbçilərin kəmiyyət artımı son 7 il ərzində ilk dəfə baş verəcək. Tramp onu da əlavə edib ki, hərbi qulluqçuların əməkhaqlarında son 8 il ərzində ilk dəfə böyük artım olacaq.

ABŞ ordusunun hərbi qulluqçularının sayının nə qədər artırılacağı hələ məlum deyil.

Qeyd edək ki, növbəti maliyyə ilində ABŞ büdcəsindən hərbi məqsədlər üçün 692 milyard dollardan çox vəsait ayrılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar