“BİZƏ KÖMƏK EDİN…” – Bakıda acınacaqlı vəziyyətdə yaşayan ailənin fəryadı (Fotolar)

Dərc olunub: 14/12/2017 - 18:18

2XETÖlkəmizdə həyata keçirilən siyasətin, islahatların əsas məqsədlərindən biri də Azərbaycanın sosial dövlət olmasını təmin etməkdi. Bununla bağlı olaraq, Konstitusiyaya 2002-ci ildə edilən əlavə və dəyişikliklərdə sosial rifah dövlətinin qurulması ilə bağlı müddəa öz əksini tapıb.

Konstitusiyamızda Azərbaycan dövlətinin başlıca vəzifələrindən biri kimi vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması göstərilir. Vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğu bildirilir.

Konstitusiyanın 16-cı maddəsi “Sosial inkişaf və dövlət” adlanır. Bu maddənin 1-ci bəndində göstərilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır.

Ölkə rəhbərliyi tərəfindən də bu siyasətin əhalini bütün təbəqələrini əhatə etməsilə bağlı müəyyən addımlar atılır. Ancaq cox təəssüf ki, yerlərdə bu siyasəti həyata keçirməli olan orqanlar nəinki aparılan işlərə gölgə salır, hətta vətəndaşları tam çarəsiz və köməksiz buraxmaqla, dövlətdən narazılıq yaradırlar.

Elə “AzPolitika.info”ya müraciət edən Bakı sakini Ələkbər Ələkbərov da belə köməksiz buraxılmış vətəndaşlardandır. Bakı şəhəri Xətai rayonu, Yusif Səfərov küçəsi 12A saylı binanın (Ali Məhkəmənin yanı) birinci mərtəbəsində məskunlaşan Ələkbər Ələkbərov çox acınacaqlı bir vəziyyətdə yaşayır. 11 nəfərlik ailənin yaşadığ mənzilin tavanı uçub, döşəməsi tamamilə çürüyüb. Bu üzdən də mənzil yaşayış evindən çox, dağılmış zirzəmiyə bənzəyir.

Ə.Ələkbərov Bakı Şəhər İcra Hakimiyyətinə, Xətai Rayon İcra Hakimiyyətinə, Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinə, Dövlət Neft Şirkətinə, Fövqəladə Hallar Nazirliyinə müraciət etsə də, nə bir köməklik edən, nə də bir maraqlanan olub. 

Acınacaqlı vəziyyətdə yaşayan ailə üzvlərinin bir çoxu ağır xəstəliklərə düçar olsa da, dövlət orqanları onların probleminin həll istiqamətində hər hansı addım atmayıblar. Buna görə də, ailə üzvləri saytımız vasitəsilə ölkə Prezidenti İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək, onlardan kömək istəyirlər: “Son ümid yerimiz Sizsiniz. Xahiş edirik bizə kömək edin”.

Vaqif
AzPolitika.info

1XET2XET 3XET 4XET


loading...




Fikrinizi bildirin