Ayaz Mütəllibovun keçmiş mətbuat katibi icra başçısının dindirilməsini istəyir

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesə şahidlərin gəlmədiyi elan olunub.

Cinayət işində şahid qismində adı keçən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun məhkəməyə teleqram göndərdiyi qeyd edilib. İcra başçısı teleqramda bildirib ki, işi ilə bağlı məhkəməyə gələ bilmir və istintaqa verdiyi ifadəsini təsdiq edir.

Təqsirləndirilən T.İbrahimov isə şahidlərin məhkəməyə gətirilməsini tələb edib. O vurğulayıb ki, şahidlərin məhkəmədə didirilməsi işin obyektiv araşdırılmasına şərait yaradacaq: "Məhkəmədən xahiş edirəm ki, həm Raqub Məmmədov, həm də digər şahidlərin məhkəməyə gətirilməsini təmin edəsiz".

Həmçinin zərərçəkmiş İsmayıl Məmmədov da icra başçısı R.Məmmədovun da məhkəmədə dindirilməsini istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 26-na təyin edilib.

İttiham aktına əsasən, T.İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15 min 500 manatını, digər zərərçəkmiş Zaur Məmmədovanı isə başqa qurumda işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.

O, ümumilikdə 20-dən çox zərərçəkmişə qarşı 100 min manatdan çox dələduzluq edib.

T.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Xatıradaq ki, T.İbrahimov Azərbacanın eks-prezidenti Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar