İSLAM ÖLKƏLƏRİ ŞƏRQİ QÜDSÜ FƏLƏSTİNİN PAYTAXTI KİMİ TANIDI - Bəyannamə

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında yekun Bəyannamə qəbul edilib.

APA-nın məlumatına görə, toplantıda iştirak edən ölkələrin imzaladığı Bəyannamədə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir, dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır: “ABŞ qanunsuz qərarından geri çəkilməzsə, yaşananlara görə məsuliyyət daşıyacaq. ABŞ-ın qərarı Fələstin xalqının hüquqlarının tapdalanmasıdır”.

Sənəddə vurğulanır ki, BMT Təhlükəsizlik Şurası Qüdsün statusunu müəyyənləşdirən qərar üzərində işləməlidir.

Qeyd edək ki, İstanbulda keçirilən sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

635x100

Şərhlər

G.M 2017-12-13 17:28:11

Avtoritar ölkələrin nə birliyi,nə də qərarları Dünyanın vecinə deyil.Venisuela Prezidentini heç öz ölkəsində saya salmırlar...``özünə umac ova bilməyənlər,Fələstinə əriştə kəsirlər``..Erdaqan getdiyi yol,ABŞ-ın yüz il qabaq ``qayıtdığı`` yoldur.İƏT -na toplaşan ərəb Dövlətlərindən hansı biri işğal altındakı Qarabağda ermənilərin Donuz saxladığı Məsçidlərin qaydına qalıb ki...Ancaq İsrail israrla Qarabağın Azərbaycana məxsus olduğunu bəyan edib Və imkan daxilində erməniyə qarşı çıxıb.

Koxa 2017-12-13 17:28:11

İslam devletleri bir öz xalqına gün aglasın avrapa kimi sonra danışsın yoxsa erdoganın boş boş danışıgınnan yıglıblar stanbula bir qarabagı hell ede bilmeyen putinnün üzr isteyen erdogana zaten inanmayın türkiyede iki dahi lider var ki ehmed davudoglu ve abdulla gül qalanı yalancıdı lap erdoganda ici qarışıq

Metleb 2017-12-13 17:28:11

Men hem koxa hemde g.m sözlerine şerikem ve alqışlayıram,putine düşmen deyen erdogan on yalvardıki barışaq bu erdogan azerbaycana yalnız ve yalnız neft ve qAzna göre qardaş deyirki pul qazansın

Son yazılar