Daha bir qaz kəmərində partlayış – 15 ölü

Dərc olunub: 13/12/2017 - 17:38

fire_240717Pakistanın Kəraçi şəhərində baş vermiş partlayış nəticəsində azı 15 nəfər həlak olub.
Trend-in məlumatına görə, partlayış qaz kəmərində qeydə alınıb.

Hələlik partlayışın mənşəyi məlum deyil. Təfərrüatlar haqqında məlumat verilməyib.

Məlumata görə, partlayışdan dərhal sonra yanğın başlayıb. Hazırda ərazi nəzarətə götürülb, yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürənlər cəlb edilib.

Ölü və yaralı sayının artacağı istisna edilmir.








loading...


Fikrinizi bildirin