"Fələstin BMT-nin tamhüquqlu üzvü olmaq niyyətindədir" - Mahmud Abbas
Baxiş sayı:
Dərc olunub:
13/12/2017 - 20:25
"Fələstin BMT-nin tamhüquqlu üzvü olmaq üçün müraciət etmək niyyətindədir". "Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Fələstin Dövlətinin başçısı Mahmud Abbas İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin fövqəladə Zirvə toplantısının yekuna həsr edilmiş mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ beynəlxalq hüquqa zidd qərar qəbul edib: "Biz bu qərarın ləğvi və Fələstinin BMT-nin tamhüquqlu üzvü kimi tanınması istiqamətində prosedurlara başlayacağıq. ABŞ obyektivlik və qərəzsizlik şərtini pozub. Ona görə də Birləşmiş Ştatlar həll prosesini nizamlayacaq tərəf ola bilməz".
M.Abbas deyib ki, İslam dünyası Qüds məsələsində Fələstin xalqının yanında olmalıdır.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.