OPEC noyabrda neft hasilatını 133 min barel/gün azaldıb

OPEC_130308OPEC ölkələrində neft hasilatının həcmi noyabr ayında aylıq müqayisədə 133 min barel və ya 0,4% azalaraq 32,45 mln. barel/günə geriləyib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə OPEC-in hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, noyabr ayında qlobal neft təklifi aylıq müqayisədə 840 min barel/gün və ya 0,87% artaraq 97,44 mln. barel/günə çatıb.

Noyabrda qeyri-OPEC ölkələrinin neft hasilatı 810 min barel/gün və ya 1,42% artaraq 57,82 mln. barel təşkil edib.

OPEC-in neft hasilatını azaltması qlobal bazarda xüsusi çəkisinin 33,3%-ə geriləməsinə səbəb olub. OPEC sıralarında ən çox hasilat (95,8 min barel/gün) Nigeriyada artıb. Anqolada hasilat 108,7 min barel/gun, S.Ərəbistanında 45 min barel/gün azalma göstərib.

OPEC-in proqnozlarına görə, 2018-ci ildə qlobal neft tələbi 1,51 mln. barel/gün artaraq 98,45 mln. barel/gün təşkil edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar