«ABŞ Suriyaya dəvətsiz və mandatsız girib!» - Rusiya XİN

Dərc olunub: 13/12/2017 - 22:29

rusiya xin«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyası (RF) xarici işlər nazirinin müavini Sergey Ryabov bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Suriyaya Dəməşqin dəvəti və Birləşmiş Millətlər Təşkilatının (BMT) mandatı olmadan girib. İndi bu dövlətin Suriyada «ləngimək» niyyəti həyacan doğurur. Görünən odur ki, Vaşinqton Suriyada hakimiyyəti dəyişmək ideyasından əl çəkməyib.
«ABŞ Suriyanın qanuni hakimiyyətinin dəvəti və əlində BMT Təhlükəsizlik Şurasının (TŞ) mandatı olmadan girib. Bunlar ABŞ-n Suriyaya yönəlik fəaliyyətini legitimləşdirə bilərdi. Bu ölkədə «ləngimək» barədə səsləndirilən bəyanatlar bizdə böyük həyəcan doğurur. Biz, hesab edirik ki, Vaşinqton hələ də Dəməşq hakimiyyətini dyişmək ideyasından əl çəkməyib» – deyə, Sergey Ryabov jurnadistlərə bəyan edib.


loading...




Fikrinizi bildirin