FED uçot dərəcəsini artırıb

Dərc olunub: 13/12/2017 - 23:16

fedBu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb.

“APA-Economics” xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,25% – 1,25% səviyyəsindən 1,50%-dək artırıb.

Qeyd edək ki, bundan əvvəl FED martın 15-i və iyunun 14-də uçot dərəcəsini artırıb. Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.


loading...




Fikrinizi bildirin