ABŞ MKİ-nin nümayəndəsi Türkiyədə polisə çağırıldı

Bu gün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nümayəndəsi Türkiyə Baş Polis İdarəsinə çağırılıb.

APA-nın məlumatına görə, MKİ-nin Türkiyədəki nümayəndəsi polis idarəsinə ABŞ-da davam edən Xalq Bankın sədr müavini Hakan Atillanın məhkəməsində şahid qismində ifadə verən Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü, sabiq polis məmuru Hüseyn Korkmazın iddiaları ilə əlaqədar çağırılıb. Nyu-Yorkda saxlanılmış H. Atillanın məhkəmə prosesində şahid qismində çıxış edən H. Korkmaz MKİ-nin ona 50 min dollar verdiyini və ABŞ-da yaşadığı evin kirayəsinin prokurorluq tərəfindən ödənildiyini söyləyib.

Qeyd edək ki, H. Korkmaz Türkiyədən qaçıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar